Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Erkən nikahın fəsadları” layihəsi çərçivəsində seminar keçirilmişdir

21 avqust 2024 | 13:54

20-21 avqust 2024-cü il tarixlərində “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə uşaq evliliyi və onun fəsadlarından bəhs edən, eyni zamanda bu istiqamətdə yeniyetmə qızlar və onlarıın valideynləri arasında maarifləndirmə işiylə bağlı Sabirabad rayonunda 2 günlük seminar təşkil olunub. Seminar 76 nəfərin iştirakı ilə əsas benefisiarları ana və qızlar olmaqla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib.

Birlikdən verilən məlumata görə seminarın birinci günündə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Şamama Əbilova, Sabirabad Qadın Resurs Mərkəzinin rəhbəri Aygün Əliyeva iştirak ediblər.

Seminarı giriş sözü ilə Sabirabad RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova açıq elan etdi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihəyə verdiyi dəstəyə görə təşəkkür etdi. Ceyran Xəlilova təəssüf hissiylə hələ də cəmiyyətdə erkən nikahla bağlı problemlərin olduğu haqqında vacib məqamlara toxundu. O bildirdi ki, aparıalan araşdırmalar və statistikalar cəmiyyətdə erkən nikaha məcbur edilən uşaq qızlar və onları bu evliliyə məcbur edən valideynlər hələ də var. Bu problemin aradan qaldırılması və qarşısının alınması üçün maarifləndirmənin xüsusi əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.

Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov üzünü analara tutaraq ovladlarına qarşı daha diqqətli olmalarını, qızların isə anaları ilə dost olmalarını tövsiyyə etdi. Həsən Həsənov daha çox valideyn-övlad münasibətlərində həssas məqamlardan danışdı, valideynlər tərəfindən erkən nikaha sövq edilən qızların gələcək həyatlarının daha çox təhlükə altında və qaçınılmaz olduğundan bəhs etdi. 

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova layihənin mahiyyətini və məqsədini bir daha iştirakçılara şərh etdi və bildirdi ki, “Erkən nikahın fəsadları” adlı layihə çərçivəsində seminarlar Saatlı, Sabirabad və Goranboy rayonlarında keçirilsə də aparılan maarifləndirmə işlərinin daha əlçatan olması üçün sosial media və sosial şəbəkələr vasitəsilə respublika ərazisini əhatə edir. Məhz bu məqsədlə layihə çərçivəsində çəkilən sosial çarx hə iki gündə seminar iştirakçılarına təqdim olundu.

Seminarın ikinci günü dəvət olunmuş yeni benefisiarlarla maarifləndirici söhbətlər aparmaq məqsədilə Sabirabad rayon Polis şöbəsinin əməkdaşı Nəriman Rüstəmov erkən nikahın fəsadları və valideyn məsuliyyətiylə bərabər cəza tədbirləri bərədə də seminar iştirakçılarına məlumat verdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və ailələrə Dəstək Mərkəzinin rəhbəri Şamama Əbilova Azərbaycan qanunvericiliyinə istinad edərək uşaqların konstitusiya hüquqlarına görə 18 yaşa qədər uşağın valideyn himayəsində olmasının şərt olduğundan, eyni zamanda erkən evlilikdə valideyn məsuliyyəti haqqında öz fikirlərini söylədi. Sabirabad Resurs Mərkəzinin rəhbəri Aygün Əliyeva qızların təhsil alması və müəyyən peşəyə sahib olmalarının vacibliyini qeyd etdi.

Keçirilən seminarların sonunda çay-kofe fasiləsi zamanı tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Keçidlər