Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Erkən nikah və zorakılıq hallarının qarşısının alınması yolları” mövzusunda maarifləndirici tədbir keçirilib

03 avqust 2022 | 11:00

Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Erkən nikah və zorakılıq hallarının qarşısının alınması yolları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərəkəzinin əməkdaşları, Qadın Resurs Mərkəzinin və Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən kitabxana əməkdaşları, mərkəz qeydiyyatında olan evdar xanımlar iştirak etmişlər.

Tədbirdə çıxış edənlər erkən nikah və qızların təhsildən yayınması mövzusundan danışaraq bildirdilər ki, təhsil və maariflənmə bütün azadlıqlardan üstündür! Çünki azad olmaq istəyirsənsə təhsil almalısan və maariflənməlisən. Qadın azadlıqlarını məhdudlaşdıran və zorakılığa yol açan ən böyük bəlalardan biri də erkən nikah və qeyri-rəsmi evliliklərdir.

Bu istiqamətdə  tədbirlərin  keçirilməsinin vacibliyini vurğulayan RİHB aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Eldəniz Bayramov erkən nikahın səbəbləri, nəticələri və bu problemlərlə bağlı digər bir sıra məsələlərdən danışaraq, gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük  rolunun  olduğunu da bildirdi.

Çıxışlardan sonra erkən nikah və zorakılıq hallarının qarşısının alınması mövzusunda video çarx izləndi.

Tədbirin sonunda mövzu ilə bağlı məlumatlandırıcı çap materialları paylandı.

Keçidlər