Sabirabadda "Erkən nigaha yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
07 oktyabr 2024 | 15:06
Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad 1 saylı Mediasiya təşkilatı və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad rayonu Qəzli kənd tam orta məktəbində mediasiyanın təbliği məqsədilə "Erkən nigaha yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabirabad 1 saylı Mediasiya Təşkilatının sədri Musa Ramazanov, Sabirabad RİHB aparatının aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Nazim Sultanov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndəsi Şamama Əbilova, Qəzli kənd tam orta məktəbinin kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.