Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Ən yaxşı təqdimat” müsabiqəsinin və “Şuşa ilinə” həsr olunmuş “Muğam” festivalının qalibləri mükafatlandırılıb

04 iyul 2022 | 12:30

Sabirabad Rayon İcra Hakimiyyətinin müşavirə zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin və “Şuşa ilinə” həsr olunmuş respublika üzrə keçirilən “Muğam” festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Tədbirdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad RİH başçısının müavinləri, aparatın məsul işçiləri, Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad rayonu üzrə Təhsil sektorunun, Sabirabad rayon Gənclər və idman idarəsinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti dünyanın dinamik inkişaf edən gənc dövlətlərindən biri olmaqla yanaşı, əmin-amanlıq, vətəndaş təhlükəsizliyinin təmin olunduğu ölkələrdən biridir. Rayon rəhbəri çıxışında Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi siyasəti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olması münasibətilə keçirilən tədbirlər sırasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rolunu xüsusi vurğulayan Siraqəddin Cabbarov artıq bir ənənəyə çevrilən bu müsabiqənin gənclərin vətənpərvər ruhunda yetişməsində xüsusi rol oynadığını və “Şuşa ilinə” həsr olunmuş respublika üzrə keçirilən “Muğam” festivalının önəmindən bəhs etmişdir.

 Sonra çıxış edən Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov keçirilən müsabiqələrdə uğurlu nəticələr göstərdiklərinə görə şagirdləri təbrik etmiş və gələcək həyatlarında uğurlar arzulamışdır.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə “Şuşa ilinə” həsr olunmuş respublika üzrə keçirilən “Muğam” festivalı muğam sənətinin inkişafı və təbliği məqsədilə önəmli olduğunu qeyd etmişdir.

Daha sonra çıxış edən Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev bu müsabiqələrin əhəmiyyətini, gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib.

Sonda rayon icra Hhakimiyyətinin başçısı Siraqəddin Cabbarov tərəfindən M.Müşviq adına 4 saylı şəhər tam orta məktəbinin 11-ci sinif şagirdi Əsgərova Ləman Fərhad qızı və Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin şagirdi Ağazadə Əli Rəmzi oğlu müsabiqədə uğurlu nəticələr göstərdiklərinə görə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif ediliblər.

Keçidlər