Sabirabadda əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb
Sabirabad rayonu Heydər Əliyev Mərkəzində keçirilən görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb. Toplantıda işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb.
Eyni zamanda, görüşdə təşkilat və müəssisə rəhbərləri ilə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə regionlarda əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi” ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.