Sabirabadda “Ekologiyanın pozulmasının təbiətə və insana zərəri“ mövzusunda maarifləndirici tədbir keçirildi
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekologiyanın pozulmasının təbiətə və insana zərəri“ mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabirabad RİH-nin məsul şəxsləri, Mənzil İstismar, Sanitar Təmizlik, Yaşıllaşdırma sahələrinin işçiləri və YAP fəalları iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsinin vacibliyini vurğuladı.
Daha sonra rayon Yaşıllaşdırma sahəsinin mühasibi Tural Abbasov “Ekologiyanın pozulmasının təbiətə və insana zərəri“ ilə bağlı məlumat verdi.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.