Sabirabadda əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirilmə və məlumatlandırılma məqsədi ilə monitorinq aparılmışdır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 3.3.7.2-ci (Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyətı üzrə paylanması, aidiyyatı mobil tətbiqlərin istifadəyə verilməsi), 3.3.7.3 (Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə) və 3.3.7.4 (Əhalinin yaş kateqoriyaları,sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin müntəzəm monitoriniq və qiymətləndirilməsi) bəndlərinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti və “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə rayonun ayrı-ayrı yaşayış məntəqələrində müntəzəm olaraq monitorinqlər aparılır, qiymətləndirilməsi təmin edilir və əhali arasında maarifləndirici söhbətlər aparılır.
Monitorinq çərçivəsində ”Fiziki aktivliyə” dair hazırlanmış (bukletlər, plakatlar, kitabçalar) maarifləndirici materiallar əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhaliyə təqdim olunmuşdur.