Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün maarifləndirilmə və məlumatlandırılma məqsədi ilə monitorinq aparılmışdır

22 aprel 2025 | 15:08

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 3.3.7.2-ci (Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyətı üzrə paylanması, aidiyyatı mobil tətbiqlərin istifadəyə verilməsi) və 3.3.7.3 (Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə) bəndlərinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti və “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə rayonun ayrı-ayrı yaşayış məntəqələrində müntəzəm olaraq şagirdlər arasında monitorinqlər aparılır, qiymətləndirilməsi təmin edilir və eyni zamanda əhali arasında maarifləndirici söhbətlər aparılır.

 Monitorinq çərçivəsində ”Fiziki aktivliyə” dair hazırlanmış (bukletlər, plakatlar, kitabçalar)  maarifləndirici materiallar əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhaliyə təqdim olunmuşdur.

Keçidlər