Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda əhalinin məşğulluğunun təmin edilməsi, sahibkarların həvəsləndirilməsi mövzusunda tədbir keçirilib

11 mart 2024 | 14:06

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.5-ci “İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi” bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə rayonda tədbir keçirilmişdir.

Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, məktəblilər, tələbə və gənclər iştirak edib.

Tədbir iştirakçıları təqdim edilən peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən  peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilmişdir.

Keçidlər