Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda əhalinin bütün həssas qruplarına göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir

18 dekabr 2024 | 15:27

18 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mərkəzdə sosial xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi istiqamətində görüş keçirilib.

Görüşdə Sabirabad UADM-in direktor əvəzi Şamama Əbilova, Rayon İcra Hakimiyyətinin psixoloqu Nazim Sultanov, Sosial Xidmətlər Agentliyinin Mil-Muğan regional filialının əməkdaşları Sabit Zahidov və Fərid Əmənov, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və icma sakinləri iştirak ediblər.

Tədbirdə mərkəz fəaliyyəti barədə ətraflı məlumat verilib, əhalinin bütün həssas qruplarına göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılmasından, həmçinin sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın məqsədi və proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən bəhs edilib.

Sonda iştirakçıları maraqlandıran suallar müzakirə edilib və cavablandırılıb.

Keçidlər