Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda daşınmaz əmlakın sığorta olunması ilə bağlı görüş keçirilib

13 fevral 2026 | 16:10

Sabirabad Rayon İcra Hakimiyyəti və “PAŞA Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə daşınmaz əmlakın icbari sığortası barədə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və "PAŞA Sığorta" ASC-nin Şirvan nümayəndəliyinin rəhbəri, eləcə də rayonun idarə, təşkilat, müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

"PAŞA Sığorta"nın əməkdaşı tərəfindən yaşayış evlərinin sığorta olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb və bir qrup RİHB-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə "PAŞA Sığorta" ASC tərəfindən sığortalanan daşınmaz əmlaklarının icbari sığorta şəhadətnamələri təqdim edilib.

Keçidlər