Sabirabadda çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) görüşlər keçirilmişdir
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planının 8.4.5-ci (“Sosial işin idarə edilməsi” sisteminin elektron versiyasının yaradılması və çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin bu sistem vasitəsilə aparılmasının təmin edilməsi) bəndinin icrası ilə əlaqədar qeyd edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Sosial işin idarə edilməsi” altsisteminin yaradılmasını, ilkin olaraq, əlilliyi olan və ahıl şəxslərlə sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılmaqla həmin altsistemin test edilməsini və bütün kateqoriyalardan olan çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılmasını təmin etməsi nəzərdə tutulmuşdur.
Bu altsistem sosial iş sahəsi ilə bağlı aidiyyəti qurumlar arasında e-sistem vasitəsilə koordinasiyanın güclənməsinə və sosial xidmətlərin daha çevik təşkilinə şərait yaradacaq.
Eyni zamanda Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sosial Xidmətlər Agentliyinin Mil-Muğan Regional Filialının birgə təşkilatçılığı ilə çətin həyat şəraitinə düşmə riski olan və ya düşmüş şəxslər barədə məlumatlar əldə olunur. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq köməklik olunur və ya ehtiyac yaranacağı təqdirdə sosial müəssisələrə yerləşdirilməsinə müvafiq köməkliklər göstərilir.







