Sabirabadda Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın 39-cu ildönümü ilə əlaqədar toplantı keçirilib
XX əsrin ən dəhşətli texnogen qəzalarından olan Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın 39-cu ildönümü ilə əlaqədar Bayraq Muzeyində toplantı keçirilib.
Əvəllcə Çernobıl qəzasında həlak olanların və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda bildirilib ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 8 mindən çox soydaşımız sağlamlığını təhlükə qarşısında qoyaraq böyük fədakarlıq göstəriblər. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və başqaları həmin faciənin nəticələrinin aradan qaldırılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər. Çernobıl əlillərinin tibbi, sosial və mənzil-məişət problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.