Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

15 mart 2024 | 14:40

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad Peşə Liseyində “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Peşə Liseyinin müəllim kollektivi və şagirdlər iştirak etmişdir.

Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönəldilməsi istiqamətində tədbirlər Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.

Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, respublika ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.

Daha sonra mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Keçidlər