Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda baramaçılığın inkişafı, taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi ilə əlaqədar müşavirə keçirilib

04 iyun 2025 | 14:25

Sabirabad Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən müşavirədə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov, RİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar üzrə Komissiyanın sədri Həsən Həsənov, RİHB-nın müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Mirzəliyev, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov, komissiyanın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və digər aidiyyatı təşkilatların məsul şəxsləri iştirak ediblər.

Müşavirədə taxıl biçini tədbirlərinin yüksək səviyyədə icra olunması və vaxtında başa çatdırılması, təhlükəsizlik tədbirləri, kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti və bu kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb. Mövsüm ərzində yanğın təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlərə dair Tədbirlər Planınıdan irəli gələn məsələlər diqqətə çatdırılaraq qeyd olunub ki, əgər taxıl zəmiləri meşə zolaqları, avtomobil və dəmir yollarına yaxındırsa, onların arası eni 4 metrdən az olmayaraq şumlanmalıdır.

Daha sonra baramaçılıqla bağlı tədbirlər planına əsasən işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Müşavirədə çıxış edənlər ölkəmizdə kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Sonda müşavirədə aidiyyatı üzrə məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Keçidlər