Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda BADAM Medical Center Klinikasının “Səyyar klinika”sı ödənişsiz müayinələrini davam etdirir

17 mart 2025 | 12:25

Sabirabad Rayon İcra Hakimiyyəti və BADAM Medical Center Klinikasının birgə təşəbbüsü ilə klinikanın “Səyyar klinika”sı tərəfindən Sabirabadda ödənişsiz müayinələr aparılır. Fevral ayının 28-dən mart ayının 18-dək “Səyyar klinika”da 2030 nəfər rayon sakinində göz müayinələri aparılaraq vətəndaşlara həkim məsləhətləri verilib, müayinə zamanı ehtiyac yaranan 154 nəfərdə isə katarakta əməliyyatı icra olunub. BADAM Medical Center Klinikasının peşəkar oftalmoloq-cərrahları tərəfindən pasiyentlərdə ən çox rast gəlinən allergik konyuktivit, quru göz sindromu və pteriqium xəstəlikləri ilə əlaqədar müalicələr təyin edilib. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov “Səyyar klinika”da aparılan müayinələrlə tanış olub, klinikanın həkimlərinə göstərdikləri xeyirxah təşəbbüsə görə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, “Səyyar klinika” tərəfindən mart ayının 31-dək müayinələr davam etdiriləcək və göstərilən bütün müayinələr tam ödənişsiz olaraq həyata keçirilir.

Keçidlər