Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

13 oktyabr 2023 | 14:43

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə Sabirabad şəhər mərkəzi stadionunda ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, YAP fəalları, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak etmişlər.  

Ağacəkmə aksiyasına cəlb olunan partiya fəallari və gənclər 250-dən çox müxtəlif növ həmişəyaşıl ağaclar əkiblər.

Keçidlər