Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror əməliyatlarının ikinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

19 sentyabr 2025 | 14:25

Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı və Mil-Muğan Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror əməliyatlarının ikinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və dövlət himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi qeyd edilir. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını qeyd edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıblar. Əldə edilən qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğunu bildiriblər.

Keçidlər