Sabirabadda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi anılıb
26 dekabr 2024 | 12:25
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da saat 12:00-da Sabirabad rayonunda da bir dəqiqəlik sükutla yad olunub. Rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, eləcə də məscidlərdə qəza nəticəsində həlak olanların xatirəsi anılıb, yaralıların tezliklə sağalmaları üçün düalar oxunub.