Sabirabadda Azərbaycan Gənclərinin XI forumu çərçivəsində Mil-Muğan regionu üzrə Gənclər Forumu keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı və “Əminlər” şirkətlər qrupunun dəstəyi ilə Azərbaycan Gənclərinin XI forumu çərçivəsində Mil-Muğan regionu üzrə Gənclər Forumu keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin rəis müavini Rabil Şahbazov, “Əminlər” şirkətlər qrupunun müdiri Məmməd Mənsimov və regionun fəal gəncləri iştirak ediblər.
Əvvəlcə Gənclər Gününün təsisçisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan icra başçısı Siraqəddin Cabbarov əlamətdar gün münasibətilə müstəqil Azərbaycan gənclərini ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Digər natiqlər - Nadir Quliyev, Elçin Qiyasov, Varis Rüstəmov, Məmməd Mənsimov, Rabil Şahbazov çıxışlarında gəncləri təbrik edərək, ən xoş arzularını çatdırıblar.
Sonra rayonun ictimai həyatında fəal olmuş gənclərin mükafatlandırma mərasimi baş tutub. Tədbir konsert proqramı ilə davam etdirilib.