Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda atmosferə atılan karbon qazlarının azaldılması məqsədilə yeni layihələndirilən yaşayış binalarında mərkəzləşdirilmiş istilik sistemlərinin quraşdırılması və yaşıllıq zonalarının salınması müzakirə olunmuşdur

30 oktyabr 2024 | 15:50

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 20.02.2024-cü il tarixli 024 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın 4.2-ci “Atmosferə atılan karbon qazlarının azaldılması məqsədilə xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında layihələndirilən yaşayış binalarında mərkəzləşdirilmiş istilik sistemlərinin quraşdırılması və yaşıllıq zonalarının salınması imkanlarının araşdırılması” bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad RİH-nin əməkdaşları atmosferə atılan karbon qazlarının azaldılması məqsədilə rayonda yeni layihələndirilən yaşayış binalarında mərkəzləşdirilmiş istilik sistemlərinin quraşdırılması və yaşıllıq zonalarının salınması ilə bağlı müzakirələr aparılmış, yeni inşası davam edən binalara baxış keçirilmişdir.

Keçidlər