Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə parad təşkil olunub

05 mart 2024 | 14:52

05 mart 2024-cü ildə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə regionun idman ictimaiyyətinin nümayəndələri və idman həvəskarları iştirak ediblər.

Əvvəlcə yüzlərlə parad iştirakçısı Sabirabad şəhərində yerləşən M.Ə.Sabir adına abidənin önündən başlayaraq 20 Yanvar küçəsi boyunca yürüş ediblər. Paradda 9 metirlik üçrəngli bayrağımızı öndə aparılıb.

Yürüş başa çatdıqdan sonra konsert proqramı təşkil edilib, region idmançılarının müxtəlif idman növləri üzrə nümunəvi çıxışları olub. Daha sonra təntənəli mərasim keçirilib.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Qiyasov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Mil-Muğan Regional Təhsil İdarəsinin sektor müdiri Mahir Zahidov idmançıları 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara bol uğur arzulayıblar. Ümummilli Lider Heydər Əliyevin idmana və gənclərə olan diqqət və qayğısından, milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasından bəhs edərək bu gün Ulu Öndərin layiqli varisi – ölkə başçımız cənab İlham Əliyev tərəfindən həmin strategiyanın uğurla davam etdirildiyini, dövlət başçımızın bu qayğı və diqqətinin idmançılara böyük stimul verdiyini və onları yeni qələbə və uğurlara səslədiyini bildiriblər.

Tədbir gənc idmançıların nümunəvi çıxışları ilə yekunlaşdırılıb.

Keçidlər