Sabirabadda 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi uşaqları üçün bayram şənliyi təşkil olunub
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və "Yeni il" bayramı münasibətilə şənlik təşkil olunub. Şənliyə şəhid və qazi övladları, həmçinin aztəminatlı ailələrdən olan məktəblilər dəvət olunmuşlar.
Tədbirin aparıcısı Nicat Əliyev tədbiri giriş sözü ilə açaraq, uşaqları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və "Yeni il" bayramı münasibətilə təbrik edib.
Şənliyin bədii hissəsində uşaqlar üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub. “Yolka” ətrafında toplaşan uşaqlar Qar Qız, Şaxta Baba və şən klounlarla birgə əyləniblər.