Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunub

23 aprel 2025 | 14:25

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemləri tərəfindən 23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə kitab sərgiləri təşkil olunub.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil edilən sərgidə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad YAP təşkilatının sədri Varis Rüstəmov, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin iştirak edib.

Qeyd edək ki, dünya ədəbiyyatında simvolik xarakter daşıyan bu əlamətdar gün 15 noyabr 1995-ci ildə UNESCO tərəfindən təsis edilib.

Keçidlər