Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Nurlu ömrün anları” adlı teatr tamaşası nümayiş olunub

14 iyul 2023 | 14:25

Sabirabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Nurlu ömrün anları” adlı teatr tamaşası nümayiş olunub.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzindəki ucaldılan əzəmətli heykəlini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Təbdirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Sabirabad rayon təşkilatının nümayəndələri, Sabirabad Regional Mədəniyyət İdarəsinin işçiləri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi və rayon sakinləri iştirak ediblər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhvələrdən danışıb, Ümummilli Liderin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu bildiriblər. Hər bir azərbaycanlının qəlbində Ulu Öndər Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissinin olduğunu, onun əziz xatirəsinin daim qəbimizdə yaşayacağını vurğulayıblar.

Daha sonra Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu mənzum dram İrəvan teatrında 2013-cü ildə səhnəyə qoyulmuş Ulu Öndər Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən bəhs edən “Nurlu ömrün anları” adlı teatr tamaşası nümayiş olunub. Tamaşa rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər