Sabirabadda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir
20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Sabirabad rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Sabirabad Şəhidlər Xiyabanının qarşısında anım tədbiri keçirilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, din xadimləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, ictimaiyyətin və gənclərin nümayəndələri, təhsil və mədəniyyət müəssisələrinin əmək kollektivləri Sabirabad Şəhidlər Xiyabanını ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.
Daha sonra Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.






