Sabirabadda “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilmişdir
"1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nü ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Mülki Müdafiə Qərargahının rəisi Həsən Həsənov, FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin Sabirabad rayon Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik-leytinant Elgün Mirzəliyev, RİH-nin əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Həsən Həsənov mülki müdafiə gününün önəmini vurğulayaraq bu sahədə görülən işlərdən bəhs edib.
Daha sonra tədbirdə çıxış edənlər bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının əhatə etdiyi dövIətlərdə məqsəd, dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlararası qarşılıqlı yardım təşkil etməkdir.
Qeyd edək ki, 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təkcə rayon İcra Hakimiyyətinin deyil, rayonda fəaliyyət göstərən idarə, müsəsisə və təşkilatlarda da tədbirlər keçirilib.