Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində onlayn bilet satışının təqdimatı keçirilib

29 oktyabr 2025 | 11:25

Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində muzeyin ziyarətçi qəbulunun iTicket.az platforması üzərindən onlayn bilet satışı ilə həyata keçirilməsinə həsr olunmuş təqdimat mərasimi keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, eləcə də mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində iTicket.az platforması üzərindən bilet satışının tətbiqi barədə məlumat verilib və onlayn bilet satışına dair təqdimat videosu nümayiş etdirilib.

Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və görkəmli opera sənətkarı, Xalq artisti Lütfiyar İmanovun oğlu Rauf İmanov çıxış edərək, bu təşəbbüsün regionda mədəni xidmətlərin müasirləşdirilməsinə və muzeylərə marağın artırılmasına mühüm töhfə verəcəyini vurğulayıblar.

Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olub, burada nümayiş olunan tarixi və mədəni eksponatlara böyük maraq göstəriblər.

Keçidlər