Sabirabad şəhərinin Heydər Əliyev prospektində əsaslı təmir işlərinin aparılmasına başlanılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni dövrün tələblərinə uyğun həyata keçirdiyi sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü qabarıq surətdə büruzə verir. Respublikamızın bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da quruculuq, abadlıq işləri sürətlə davam edir.
Bunun bariz nümunəsi olaraq “Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli Sərəncamının icrasına dərhal başlanlmışdır. Belə ki, hazırda Sabirabad şəhərinin Heydər Əliyev prospektində yolların əsaslı təmir işləri sürətlə aparılır və artıq prospektin bir hissəsin asfalt örtüyü də çəkilmişdir.