Sabirabad şəhərində və rayonun bir sıra kəndində küçə işıqlanması və onun elektrik təchizatı ilə əlaqədar işlərə başlanılmışdır
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Sabirabad rayonunun inzibati ərazisində Sabirabad-Şirvan (Bulaqlı istiqaməti), Qaratəpə-Əhmədabad-Nərimankənd, Sabirabad-Şirvan (Kürqırağı), Dadaşbəyli-Salmanlı (Noxudlu yolu), Surra–Axısxa-Qaraqaşlı, Cavad-Balvar-Surra, Cavad-Narlıq, Suqovuşan-Əsədli-Qəfərli, Qaralar-Məmişlər, Sabirabad-Əsgərbəyli-Muradbəyli avtomobil yollarında, Cavad kənd 2 nömrəli məktəb yolunda, Ulacalı-Quruzma körpüsünə gedən yolda, Sabirabad-Şirvan avtomobil yolundan Qaratəpə kəndində şəhid Milli Qəhrəman Mübariz Əhmədovun evinə gedən yolda, Noxudlu yolu-Muğan Məncəli kəndində şəhid Milli Qəhrəman Murad Mirzəyevin evinə gedən yolda, Sarıcalar dairəsindən Balakənd kəndi istiqamətində, Sarıcalar dairəsindən Saatlı rayonunun sərhəddi istiqamətində, Sarıcalar dairəsi-Sənaye Məhəlləsi-Ana abidəsi istiqamətində, Qalağayın kəndində elektrik stansiyasından Sabirabad şəhəri A.Abdullayev küçəsi istiqamətində (üç şuluza qədər) və Sabirabad şəhəri E.Qəmbərov küçəsindən Kür və Araz çaylarının qovşağına gedən yolda küçə işıqlanması və onun elektrik təchizatı ilə əlaqədar işıq dirəklərinin quraşdırılması işlərinə başlanılmışdır.
Ümumilikdə Sabirabad rayonunun ərazisində 220 km məsafədə avtomobil yollarının kənarında 8067 ədəd işıqlandırma dirəyinin quraşdırılması nəzərdə tutulmuşdur.