Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad şəhərində Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev prospektində əsaslı təmir işləri davam etdirilir

15 may 2023 | 10:47

Azərbaycanın hər yerində olduğu kimi Sabirabad rayonunda da vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür.

Belə ki, “Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 may 2023-cü il tarixli Sərəncamının icrası olaraq Sabirabad şəhərinin 4,3 kilometr uzunluğu olan Heydər Əliyev prospekti yenidən qurulur.

Ümumi uzunluğu 4,3 km olan 2 hərəkət zolaqlı avtomobil yolunda əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir və artıq 2 km-ə yaxın hissəsində asfaltlaşma işləri yekunlaşmışdır. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidləri zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcəkdir.

Keçidlər