Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad şəhərində “Muğan” ağır atletika klubunun açılışı olub

29 iyul 2022 | 15:02

Sabirabad şəhərində “Muğan” ağır atletika klubunun açılışında Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, kənd təsərrüfatı naziri İnam Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, millət vəkili Kamal Cəfərov və digər şəxslər iştirak ediblər.

Qonaqlar, mütəxəssislər ağır atletika klubunda yaradılan şəraitlə tanış olub, fikirlərini bölüşüb, tövsiyələrini verib, gördüklərindən razılıqlarını ifadə ediblər.

Bildirilib ki, ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində regionlarda da idman kompleksləri, ixtisaslaşdırılmış zallar sürətlə istifadəyə verilir, həm insanların sağlam həyat tərzi sürməsi, həm də Azərbaycanın adının beynəlxalq arenada layiqli çıxışları ilə daim uca tutacaq idmançıların yetişməsi baxımından böyük addımlar atılır. 

“Muğan” ağır atletika klubu bu il yaranıb. Klubun bazası özəl sektora məxsus olan idman zalı üçün uyğunlaşdırılmış və tam yeni təmirdən çıxmış 2 zaldan ibarətdir. Ağır atletika ilə məşğul olmaq üçün bütün avadanlıqlarla təmin olunmuş xüsusi zal 150 kv.m sahədən, ikinci zal isə 120 kv.m sahədən ibarət olmaqla, trenajor avadanlıqları ilə təmin olunub.

Keçidlər