Sabirabad şəhər N.Gəncəvi adına 5 saylı tam orta məktəbdə "Azərbaycançılıq məfkurəsi və dövlətçiliyin qurulmasında Heydər Əliyev fenomeni" mövzusunda tarix dərsi keçirilib
2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" çərçivəsində, Azərbaycan xalqının xilaskarı, böyük dövlət xadimi, Müstəqil Azərbaycanın Banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə N.Gəncəvi adına şəhər 5 saylı tam orta məktəbinin VIII sinif şagirdlərinə "Azərbaycançılıq məfkurəsi və dövlətçiliyin qurulmasında Heydər Əliyev fenomeni" mövzusunda tarix dərsi keçirilib.
Heydər Əliyev Mərkəzinin bələdçisi Nərmin Mehdiyeva Dahi Şəxsiyyət, Ümummilli Lider, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri, Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq, dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş, azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüş Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.
Qeyd olunub ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir.
Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi:- "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!"