Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad şəhərinin bir sıra yollarının əsaslı şəkildə təmiri davam edir

20 fevral 2025 | 16:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Sabirabadda da əsaslı şəkildə bərpa-abadlıq işləri uğurla davam etdirilir.

Aparılan quruculuq işləri çərçivəsində növbəti yolların asfaltlaşması işləri Sabirabad şəhərinin Füzuli, Xətai, Babək, H.Cavid, H.Ağayev, M.M.Şərifzadə, R.Şirinov küçələrində, eləcə də H.Əliyev prospekti 15 və 17 saylı binaların həyətlərində həyata keçirilir.

Yeni yolların salınması yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, sakinlərin də rahat gediş-gəlişini təmin edəcək.

Asfaltlaşması nəzərdə tutulan digər küçələr və dalanlarda da yollarının təmiri və yenidən qurulması işi mərhələli şəkildə davam etdiriləcək.

Görülmüş işlər sakinlər tərəfindən böyük rəğbət və razılıqla qarşılanmış, vətəndaşlar rayonda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Keçidlər