Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Zəfər Günü münasibətilə Flaşmob təşkil edilib

05 noyabr 2022 | 12:00

Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad rayon Gənclər və İdman İdarəsinin və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin təşkil olunduğu Sabirabad rayonunun mərkəzi meydanına öncə Azərbaycan Respublikasının Dövlət bayrağı gətirilib, daha sonra kollec tələbələri tərəfindən flaşmob nümayiş olunub.

Flaşmobda 44 günlük müharibə dönəmini simvolizə edən və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş kompozisiyalar yaradılıb.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Jalə Sadıqova çıxış edərək Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyindən söz açıblar.

Keçidlər