Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Zabit şərəfi” sənədli filminin təqdimat mərasimi keçirilib

06 oktyabr 2023 | 14:56

Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Qəhrəman oğullarımızın tanıdılması üçün “Zabit şərəfi” sənədli filminin çəkilməsi” layihəsi çərçivəsində “Zabit şərəfi” sənədli filminin təqdimatı keçirilib.

Vətən Müharibəsi şəhidləri mayor Şahlar Cəfərovun və mayor Anar Məmmədovun həyat yolundan bəhs edən “Zabit şərəfi” sənədli filminin təqdimat mərasimində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hər iki şəhidin valideynləri Fəzail Cəfərov və Sevda Məmmədova çıxış edərək Vətən Müharibəsi şəhidləri mayor Şahlar Cəfərovun və mayor Anar Məmmədovun şərəfli, hər bir gənc üçün örnək olan ömür yollarından, Azərbaycan Ordusunda nümunəvi hərbi xidmətlərindən, eləcə də Vətən müharibəsi cəbhələrində hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açaraq, onların ölümlərindən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycanın Silahlı Qüvvələri ötən 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsində hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.

Daha sonra “Zabit şərəfi” sənədli film tamaşçılara nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər