Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Yaşıl dünya və həmrəyik ili”nə həsr olunmuş “Təbiət və İdman” adlı rəsm müsabiqəsi keçirilib

01 mart 2024 | 16:24

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə failiyyət proqramına əsasən “İdman həftəsi” çərçivəsində “Yaşıl dünya və həmrəyik ili”nə həsr olunmuş “Təbiət və İdman” adlı rəsm müsabiqəsi keçirilib.

Gənclər çəkdikləri rəsmləri içtimaiyyətə təqdim ediblər. Müsabiqənin yekun sərgisi Sabirabad şəhərində yerləşən “Sabir Bağı”nda yekunlaşıb. Rəsm sərgisi şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sərginin sonunda Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov qalibləri müəyyən edib və onları təbrik ediblər.

Müsabiqənin qalibləri Səlminaz Novruzlu (I yer), Mehdi Həsənli (II yer), Arzu Nəsirova (III yer) hədiyyə və diplomlarla təltif olunublar.

Keçidlər