Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ətraf mühitin qorunmasını təşviq edən bannerlər yerləşdirilib və bitkilərlə örtülmüş yaşıl divarlar yaradılıb

13 noyabr 2024 | 17:29

“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 2.3-cü və 3.6-cı bəndlərinin Sabirabad rayonunda icrasını təmin emək məqsədilə müvafiq işlər görülüb.

Belə ki, maarifləndirmə tədbirləri çərçivəsində Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun Sabirabad rayonun Nizami kəndindən keçən hissəsində müxtəlif ölçülərdə müvafiq poster və bannerlər yerləşdirilmişdir.

Həmçinin yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində nəzədə tutulan tədbirlərin icrası ilə bağlı Sabirabad şəhərinin küçələrində bitkilərlə örtülmüş yaşıl divarlar yaradılıb.

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar quraşdırılmış bannerlər sakinlər tərəfindən məmnunluqla qarşılanıb.

Keçidlər