Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası davam etdirilir

25 oktyabr 2024 | 17:00

İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərşivəsində 18 oktyabr 2024-cü il tarixindən başlayaraq Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun rayonun Qaragüney, Zalqaraağac, Nizami, Şəhriyar, Xəlfəli, Nərimankənd, Qaratəpə, Əhmədabad, Yastıqobu, Bulaqlı, Qalağayın kəndlərindən keçən hissəsində, eləcə də Sabirabad şəhərində və Sabirabad-Cavad-Zəngənə kəndlərarası avtomobil yolunun kənarında ağacəkmə aksiyaları keçirilmişdir. Keçirilən ağacəkmə aksiyalarında Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları,  idarə, müəssisə və təşkilatların kollektivi, ziyalılar, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2000 ədəd çinar, 1000 ədəd eldar şamı, 1000 zeytun, 2000 ədəd oleyandr, 2500 ədəd efkalipt, 2500 ədəd leylandii və 350 ədəd palma, ümumilikdə 11350 ədəd ağac və dekorativ kollar əkilmiş, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilmişdir. Bundan sonra da Sabirabad rayonunun ərazisində mütəmadi olaraq ağac və dekorativ kolların əkilməsi nəzərdə tutulmuşdur

Keçidlər