Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

28 fevral 2024 | 14:34

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Sabirabad Olimpiya İdman Kompleksinin və Sabirabad UGİŞM-in birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman ictimaiyyətinin iştirakı ilə rayonun mərkəzi stadionunda ağacəkmə aksiyası təşkil olunub.

Tədbir çərçivəsində 100-dən çox şam və meyvə ağacları əkilib. Aksiyasının məqsədi insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək və idmançıları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.

Keçidlər