Sabirabad rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar veloyürüş keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad Gənclər Evi SXM və Gənclərin İnkişaf Kariyera Mətkəzi Mil-Muğan Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar Sabirabad rayonunda veloyürüş keçirilib.
Sabirabad Gənclər Evinin qarşısından başlayaraq 4 km məsafəni əhatə edən marşrut Kür və Araz çaylarının qovuşduğu məkanda başa çatmışdır. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib. Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və Sabirabad Gənclər evi SXM-in direktoru Rəşad Qurbanov çıxış edərək, yürüş iştirakçılarına təbriklərini çatdırıblar. Yürüşdə 60-a yaxın həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.
Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.