Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

26 fevral 2026 | 12:00

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Sabirabad Bayraq Muzeyində təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbiri giriş sözü ilə açdıqdan sonra faciə qurbanlarının və Vətənimizin azadlığı, müstəqilliyi, suverinliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Həsən Həsənov Xocalı faciəsi haqqında ətraflı məlumat verib, bu hadisənin Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu və xalqımızın yaddaşında silinməz iz buraxdığını bildirib. Onun sözlərinə görə, bu soyqırımı hadisəsi tariximiz boyu unudulmayacaq. Hazırda isə Xocalı dirçələn, yeni həyat quran bir məkana çevrilir və bu, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün göstəricisidir. 

2020-ci ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış 44 günlük Vətən müharibəsidə əldə olunan tarixi Zəfərin Azərbaycanın ərazi bütövlüyünün bərpası, bununla yanaşı Xocalı şəhidlərinin qisasının döyüş meydanında alınması ilə nəticələndiyini qeyd edib. 

Daha sonra çıxış edən Xocalı sakinləri Xocalı faciəsinin ağır nəticələrindən, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlərdən, ermənilərin törətdiyi vəhşiliklərdən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən söz açaraq Xocalıda baş verənlərin bəşəri cinayət olduğunu, Ermənistan hakimiyyətinin və dövlətinin tarix və beynəlxalq qanunlar qarşısında cavab verməli olduğunu bildiriblər. 

Keçidlər