Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Vətənin cəsur döyüşçüləri-2" kitabının təqdimatı keçirilib

28 dekabr 2023 | 14:05

Sabirabad Gənclər Evində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Nuranə Şıxaliyeva və Faiq Hüseynovun müəllifi olduğu "Vətənin cəsur döyüşçüləri-2" adlı kitabın təqdimatı olub. 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, “Əsgərə xatirə məktubu” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva, Azərbaycan Vətən Müharibəsi veteranları” İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, RİHB aparatının məsul işçiləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak iştirak edib. 

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Vətənin cəsur döyüşçüləri-2" adlı kitab Azərbaycan, ingilis və rus dillərində nəşr olunub. Kitabda Azərbaycanın tarixi torpaqlarının uzun illər qeyri-qanuni zəbt edilməsinə son qoymaq məqsədilə torpaqlarımızın erməni terrorçularından azad olunması uğrunda canından keçən Sabirabad rayonundan olan şəhidlər, qazilər və müharibə iştirakçıları haqqında məlumatlar öz əksini tapıb.

Çıxışlarda bu kitabının Qarabağ müharibələrində şəhid olan Sabirabadlı döyüşçülərin xatirəsinə həsr edildiyini və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə müsbət təsir vasitəsi olacağını bildiriliblər.  

Sonda tədbir iştirakçılarına "Vətənin cəsur döyüşçüləri-2" kitabı hədiyyə edilib.

Keçidlər