Sabirabad rayonunda “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Sabirabad rayon İcra Hakimiyyəti və “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİHB-nın müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, "Müasir İnternet Resurslarının İnkişafi" İctimai Birliyinin sədri Zamin Zeynal, YAP fəalları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu” mövzusunda belə bir informasiya əhəmiyyətli tədbirin keçirilməsinin önəmindən danışıb. Qeyd edib ki, gənclərin informasiya savadlılığını artırmaq, müasir dövrümüzdə süni intellekt və kiber təhlükəsizliklə bağlı məsələlərin ictimai-siyasi baxımdan aktuallığını nəzərə alsaq informasiya cəmiyyətinin bu yöndə aktiv fazada fəaliyətinin olması olduqca vacibliyini qeyd edib.
Tədbirdə "Müasir İnternet Resurslarının İnkişafi" İctimai Birliyinin sədri Zamin Zeynal geniş məzmunlu çıxışında bildirib ki, “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu” mövzusunda tədbiri keçirməkdə əsas məqsəd uşaq və gənclərdə internetdən məsuliyyətli və məqsədyönlü istifadə vərdişlərini formalaşdırmaq, eyni zamanda milli və mənəvi dəyərləri təbliğ etməklə onların mənəvi dünyasının sağlam inkişafına dəstək olmaqdır. Layihənin həyata keçirilməsi ilə əlaqədar gözlənilən əsas nəticələrdən biri əhali arasında davranış və sosial təcrübə dəyişikliyi olacaq. Uşaqlarda rəqəmsal məsuliyyət, gənclərdə dəyərlərə əsaslanan internet davranışı, valideynlərdə isə nəzarət və maarifləndirmə bacarıqları formalaşacaqdır.
Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxışında gənclərlə birlikdə belə maarifləndirici görüşüləri keçirməkdə məqsəd dövlətin informasiya siyasətinə vətəndaş cəmiyyəti töhfəsi verməkdir. Bununla yanaşı gənclərin informasiya savadlılığını artırmaq, müasir informasiya texnalogiyalardan düzgün istifadə etmələri istiqamətində bu sayaq informasiya təşəbbüsləri gələcəkdə də davam etdirilməyin vacibliyini qeyd etmişdir.







