Sabirabad rayonunda Uşaq Səfirlər Məclisinin regional nümayəndəliyinin iclası keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən M.Müşfiq adına 4 nömrəli Sabirabad şəhər tam orta məktəbi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Uşaq Səfirlər Məclisinin Sabirabad rayonu üzrə fəaliyyətə başlayan regional nümayəndəliyinin iclası keçirilmişdir.
İclasda Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Nazim Sultanov, rayon üzrə Uşaq Səfirləri Məclisinə seçilmiş 20 məktəbli iştirak etmişdir. İclasda rayon üzrə seçilmiş könüllülərə Uşaq Səfirləri Məclisinin iş prinsipi, qarşıda duran vəzifələr və görüləcək işlər ətraflı izah olunmuşdur.