Sabirabad rayonunda Uşaq Hüquqları Aylığı çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib
Nizami Gəncəvi adına Sabirabad şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində Uşaq Hüquqları Aylığı çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət, uşaq hüquqları sahəsində mövcud milli və beynəlxalq hüquqi mexanizmlər və qanunvericilik aktları, eləcə də uşaqların hüquqlarının təmin olunmasının əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat veriblər.
Həmçinin şagirdlər rəqs, mahnı və şeir nömrələri ilə çıxış edərək “hüquqlar mövzusu"nu yaradıcı şəkildə təqdim etdilər. Kiçik səhnəcik vasitəsilə gündəlik həyatda uşaq hüquqlarının qorunmasının əhəmiyyəti göstərildi.
Tədbirin əsas məqsədi uşaqların hüquq və azadlıqları barədə maarifləndirmənin artırılması, onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə fəal vətəndaş kimi formalaşmasına dəstək olmaq olmuşdur.
Ümumilikdə 100 nəfərdən artıq şagirdin faydalandığı maarifləndirmə tədbirində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.







