Sabirabad rayonunda "Unudulmaz Lider" mövzusunda dəyirmi masa keçirilib
"2023-cü il - Heydər Əliyev İli" çərçivəsində, Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyi münasibətilə Sabirabad Heydər Əliyev Mərkəzində tədbirlərin və ekskursiyaların keçirilməsi davam edir.
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabirabad rayon Şəhid Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbinin müəllim və şagirdləri Sabirabad Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Müəllim və şagirdlərə "Unudulmaz Lider" mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri haqqında geniş məlumat verilib.