Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib

31 may 2023 | 16:47

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib.

Konfransda rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.

Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək hazırda gənclərə göstərilən yüksək dövlət qayğısından söz açmışdır. Gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etmələrindən, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə edilmələrindən bəhs edib.

Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə gənclərə diqqət və qayğı göstərmiş, onların himayədarı kimi çıxış etmişdir.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq 30 il işğal altında qalan torpaqlarımızı erməni işğalından azad etdi.

Keçidlər