Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kitab sərgisi keçirilib

07 may 2026 | 16:20

Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kitab sərgisi keçirilib.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, Azərbaycanın ictimai-siyasi, mədəni və tarixi inkişafında göstərdiyi misilsiz xidmətləri əks etdirən nəşrlər, eləcə də müxtəlif mövzularda kitablar nümayiş olunub. Sərgidə Sabirabad rayon Mərkəzi Kitabxanasının fondunda mühafizə olunan kitablarla yanaşı, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” kitab mərkəzinin və Saatlı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xəmsə” kitab mərkəzinin nəşrləri də ziyarətçilərə təqdim edilib.

Sərginin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrin gənc nəslə aşılanması, eyni zamanda kitab mütaliəsinin təbliği və oxu mədəniyyətinin inkişaf etdirilməsi olub.

Tədbirdə həmçinin Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin fonduna aid qədim və tarixi eksponatlar nümayiş etdirilib. Muzey nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, rayonun zəngin tarixi-mədəni irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.

Sərgiyə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, mədəniyyət işçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri baxış keçiriblər. Qonaqlar sərgidə nümayiş olunan kitab və eksponatlarla yaxından tanış olub, təşkil olunan tədbirin maarifləndirici və mədəni əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

#SabirabadRİH #MilMuğanRMİ

Keçidlər