Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir

10 may 2026 | 12:25

  Sabirabad Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir

Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları tərəfindən Sabirabad şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə tər çiçəklər düzülərək dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilmişdir.

​Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, müstəqilliyimizin bərpası və ölkəmizin dünya miqyasında tanınmasında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər bütün fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi və qüdrətli dövlətə çevrilməsi naminə misilsiz xidmətlər göstərib. Azərbaycanın bugünkü dinamik inkişafından, siyasi uğurlarından bəhs edərək məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyasını Azərbaycanın hazırda dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilməsinə şərait yaratdığını qeyd edib. Bildirib ki, Ulu Öndərin miras qoyduğu müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə sürətlə inkişaf edir. Ümummilli Liderin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi olaraq Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanın uğurla yerinə yetirilərək ərazi bütövlüyü və dövlət suverenliyimizin tam bərpa edildiyini vurğulayıb. Həmçinin rayon rəhbəri dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqının, bütövlükdə türk dünyasının dahi şəxsiyyəti olduğunu fəxrlə vurğulayaraq onun zəngin irsinin gələcək nəsillərə dərindən və hərtərəfli öyrədilməsinin müstəsna əhəmiyyətindən bəhs edib.

​Tədbirin bədii hissəsi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin hazırladığı rəngarəng musiqi proqramı ilə davam etmiş, gənc istedadların ifaları iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər